İran

Kəşfiyyat Nazirliyinin iddiası: Süleymaninin məzarını partlatmaq istəyən şəbəkə həbs edilib

İslam Respublikasının Kəşfiyyat Nazirliyi bazar ertəsi, iyulun 24-də “terrorçu” şəbəkə üzvlərini həbs etdiyini iddia edərək, bu şəbəkə üzvlərinin Qüds Qüvvələrinin öldürülən komandiri Qasım Süleymaninin məzarını partlatmağı planlaşdırdıqlarını bildirib.


Kəşfiyyat Nazirliyinin bəyanatında bu şəbəkənin Tehran, Kirman, İsfahan, Kohgiluye və Boyer Əhməd, Kürdüstan və Mazandaran əyalətlərində “çoxsaylı təxribat aktları” həyata keçirmək niyyətində olduğu iddia edilir.

Kəşfiyyat Nazirliyinin bəyanatında heç bir sənəd təqdim edilmədən bu şəbəkə üzvlərinin “Danimarka və Hollandiyada yerləşən terror mərkəzləri” vasitəsilə İsrail casus təşkilatına bağlı olduqları və bu təşkilat tərəfindən maliyyə və təchizatla təmin olunduğu iddia edilib.

Kəşfiyyat Nazirliyi bu şəbəkənin məqsədləri arasında “Qasım Süleymaninin məzarının yerində və bəzi ictimai toplaşma mərkəzlərində və yanacaqdoldurma yerlərində partlayıcı aksiyanın planlaşdırılmasını, ayrıca idxal və ixrac ehtiyaclarının təmin edilməsini pozmaq üçün elektrik dirəkləri və yanacaqdoldurma məntəqələrinin partladılmasını” elan edib.

Bu bəyanatda deyilir ki, “Bu şəbəkədən yüksək dağıdıcı gücə və uzaqdan idarə etmə qabiliyyətinə malik 43 bomba aşkar edilərək zərərsizləşdirilib və yuxarıda adı çəkilən bombalardan 20-si dini “Heyət” və “Tekyə”lərə qarşı istifadə olunmaq üçün hazırlanmış atış xüsusiyyətlərinə malikdir”.

Keçən illərdə “terror şəbəkələrinin” aşkarlanması ilə bağlı təfərrüatları və sənədləri olmayan hesabatların dərci İslam Respublikasının təhlükəsizlik orqanlarının, o cümlədən Kəşfiyyat Nazirliyi və İİKK Kəşfiyyat Təşkilatının praktikasına çevrilib.

Siyasi fəallar bu xəbərlərin həqiqiliyinə şübhə ilə yanaşaraq deyirlər ki, İran İslam Respublikası kəşfiyyat orqanlarının bu xəbərləri dərc etməkdə məqsədi İran daxilində siyasi və mülki fəalların sıxışdırılmasına şərait yaratmaq üçün ölkənin atmosferini təmin etməkdir.
#iran_xəbərləri #həbs

Related Articles

Bir cavab yazın

Back to top button