İran

Abbas Lisaniyə qarşı təzyiqlər davam edir

Ərdəbil zindanında azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı basqılar davam edir. Belə ki, fəalın saxlanıldığı bəndə yeni köçürülən şəxs Lisanini təhqir və təhdid edib. Məsələ ilə bağlı siyasi məhbus yaxınları ilə telefon təmasında bilgi verib. Onun sözlərinə görə, Şahi adlı şəxs Abbas Lisani ilə yanaşı başqa məhbuslarla da münaqişə yaratmağa çalışıb. Bənddə saxlanılan başqa şəxslər məsələnin həlli üçün zindan müdiriyyətinə məktub yazıblar.
Qeyd edək ki, Abbas Lisani 15 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı fəal ana dilində mədrəsələrin açılması istəyilə çıxış etdiyi üçün Ərdəbil məhkəməsi tərəfindən mühakimə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button