İran

İran ciddi elektrik və qaz böhranı ilə üzləşib

İranın Açıq Məlumat Bazasının (İran Open Data) araşdırmaları göstərir ki, cari il ərzində ölkənin bir çox əyalətləri qaz, həm də elektrik enerjisinin kəsilməsi ilə üzləşib.

Araşdırmanın nəticəsinə görə, fabriklərə və neft-kimya zavodlarına təbii qazın verilişi dayandırılıb və İran bu məhsulların istehsalı hədəflərinə nail ola bilmir.

Sözügedən bazanın məlumatına əsasən, elektrik enerjisində böhranın əsas səbəbləri arasında bu il bölgədə yağıntıların az olması və ən əsası, günəş və külək vasitəsilə bərpa oluna bilən enerji mənbələrinə İran hökumətinin investisiya qoymamasıdır.

İranın qaz böhranı isə illərlə Türkmənistana arxalanması nəticəsində yaranıb. Belə ki, İran Türkmənistana olan borclarını vaxtında ödəyə bilmədiyi üçün Türmənistan da İrana qaz ixracını dayandırır.

Xatırladaq ki, İran bu böhranı yaşamasına baxmayaraq, hələ Pakistana ucuz elektrik enerjisi və qaz nəql edə biləcəyini iddia edib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button