Araşdırma & Təhlilİran

Şiddət və işkəncə yenə qurban aldı

İran siyasi sistem olaraq dünyanın ən anti-demokratik yapılarından birinə sahibdir. İslam Cumhuriyyəti İnsan haqları və ədalət vədələriylə iş başına gəlsə də hər zaman bunun tərsində hərəkət edibdir. İslam Cumhuriyyəti iş başına gəldikdən bəri aşırı şiddət və işkəncə kimliyinin bir parçası halına gəlibdir. Özəlliklə inqilabın ilk illərində muxaliflərə qarşı aşırı sistematik işkəncə və toplu edam insanlıq tarixinə ləkə düşən nöqtələrdən biri olaraq xatirələrdə qalıb. Bu düzən elə bu gündə olduğu kimi dəvam edir. Keçən günlərdə Tehranın Evin Həbsxanasının güvənlik kameraları hək edilərək görüntüləri yayıldı. “Əli Ədaləti” adlı bir örgüt hək etdiyi görüntüləri geniş bir şəkildə yaydı. Görüntülərdə güvənlik güçlərinin məhbuslara aşırı şiddətlə davrandıqları və döydükləri görünür. Bunlar əslində hamının bildiyi həqiqətlərdi ancaq bu görüntülərlə sənədləşdirilmiş oldu.
Evin Zindanı İranın ən məşhur zindanı ola bilər, ancaq, inkar ediləməz bir həqiqətdir ki İranda bu Həbsxanasından daha pis gündə olan yerlər də var. Örnəyin Güney Azərbaycan həbsxanaları, insan haqları mərkəzinə görə son dərəcə ağır bir vəziyyətdədir. Yerin azlığı və aşırı şiddət, bu həbsxanaların onlarla müşkülündən sadəcə biridir. Keçən gün Əhər həbsxanasında tam da bu iddiaları doğrulayacaq bir olay bir daha yaşandı. Cəzasının nə olduğu tam bəlli olmayan Hadi Ətazadə adlı bir gənc şallaq cəzası üçün Əhər zindanının qərəntinə bölümündə ağır şallaq zərbələri nəticəsində həyatını itiribdir. Az News TV-yə göndərilən görüntülərə görə Hadi Ətazadə adlı gəncin cansız bədənində aşırı şiddətdən ortaya gələn göyərtilər meydana gəlibdir. Əhər məhkəməsi pərvəndəni bağladığı üçün bir gəncin ölümünə səbəb olub. Ancaq yayılan görüntülər açıq bir şəkildə işkəncə olduğunu göstərir.
Hər şeydən öncə İslami Şəriət Qanunlarına görə uyğulanan Şallaq Cəzası günümüzdə kəsinliklə qeyri-insani bir davranış və işkəncə olaraq qəbul edilir. İran İşkəncəni yasaqlayan bir çox uluslararası anmaya imza atıb. Ancaq şallaq kimi işkəncələr hələ də, İranda həyata keçirilir.
Əhər zindanı Azərbayacan və bəlkə də İranın ən ağır durumunda olan həbsxanalarından biridir. Bu olay göstərir ki bir gənc necə işkəncə əsərində həyatını itirdi. Üstəlik heç bir etiraz olmadan və tamamən səssizliklə olayı bitirmək istəyirlər.
Şallaq kimi işkəncələr İran İslam Cumhuriyyəti sistemində o qədər normal bir şey kimi qəbul edilir ki məsələyə etiraz belə olunmur. İndiysə Əhərdəki faciə bu kimi zülümlərə səssiz qalmanın bir daha acı olaylara yol aça biləcəyini göstərir. Hər fürsətdə batı ölkələrindəki polis şiddətindən danışan İran, gözgörəti bir gənci öldürdü və heç bir yerə də cəvab verməyə hazır deyil. Təcrübəyə görə bu kimi olaylar qarşısında səssiz qalmaq, hakimiyyətin daha da cəsarətlənərək cinayətlərinə dəvam etməsinə səbəb olacağını göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button