İran

Xameneyi bölgədəki proksi qruplaşmalara dəstəyini davam etdirəcəyini vurğulayıb

İranın ali lideri Əli Xameneyi "Qüds günü" münasibəti ilə etdiyi çıxışında bölgədəki proksi (niyabəti) qruplara dəstəyini təkrar vurğulayıb.

Xameneyi bu barədə aprelin 29-dakı çıxışında bildirib. O iddia edib ki, Amerika hökuməti Əfqanıstanda, İran qarşı sanksiyalarda və Asiya gücləri qarşısında məğlubiyyətə uğrayıb. O, çıxışı zamanı bölgə ölkələrinin İsraillə hər hansı əlaqələr qurmasını “puç” adlandırıb. Xameneyi, habelə bəyan edib ki, İran bölgədə “Müqavimət Cəbhəsi”ni dəstəkləyir və region ölkələri ilə İsrail arasında münasibətlərin “normallaşmasına” qarşıdır.

Xatırladaq ki, İslam Cümhuriyyəti SEPAH-ın Qüds qüvvələri vasitəsilə bölgəsəl siyasətini həyata keçirmək üçün onlarla silahlı qruplaşmalar yaradaraq silahlandırıb və onları “müqavimət oxu” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button