İran

İranda güclü zəlzələ olub

İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.

Related Articles

Bir cavab yazın

Back to top button