İran

İranda təqaüdçülər və teatr işçiləri etiraz mitinqi keçiriblər

İranda bir qrup baznişəstə fəhlə və teatr sənətkarları etiraz mitinqi keçiriblər. Mitinq ötən gün səhər saat 10-da baş tutub. Etirazçılar Tehran, Ələhvaz və Məşhəd şəhərlərində İctimai Təmin İdarələrinin qarşısına toplaşaraq yaşayış şəraitlərini və aylıqlarının az olmasını tənqid ediblər. Əllərində plakat tutan etirazçılar öz tələblərini önə sürüblər. Onlar İctimai Təmin Qanununun 96-cı maddəsinin dəqiq icrasını, müstəmirri haqlarının yaşayış xərclərinə bərabər, ədalətli və qanuni şəkildə artırılmasını istəyiblər. Bir qrup teatr sənətkarı da məclisin qarşısına toplaşaraq öz istək və tələblərini parlıman üzvlərinə təqdim ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button