İran

İranda minlərlə tibb bacısı işdən çıxarılıb

Koronavirus pandemiyasından sonra İranda tibb bacılarının kütləvi işdən çıxarıldıqları bildirilir.

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Mirzabeyginin mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısı idən uzaqlaşdırılıb.

O, bunu pandemiya dönəmində tibb bacılarının müvəqqəti müqavilələrlə işə götürüldüklərini. İndi onlara ehtiyac olmadığı ilə əlaqələndirib.

Mirzabeygi bununla yanaşı hal-hazırda ölkə xəstəxanalarında 100 min tibb bacısına ehtiyac olduğunu qeyd edib.

Bundan qısa müddət öncə Məhəmməd Mirzabeygi ölkədə tibb bacısı çatışmazlığı olduu halda, iş təhlükəsizliyi ilə bağlı təminatın olmaması və əmək haqlarının aşağı olduğuna görə, hər ay ortalama 150-200 tibb bacısının ölkəni tərk etdiyini bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button