İran

Daş Makıda sərhəd xidməti narkotik maddə aşkarlayıb

Daş Makıya yaxın mərzdə 50 kiloqram müxəddir maddə kəşf olunub.
Bunu Qərbi Azərbaycanın Mərz Qərargahının fərmandehi ikinci sərtib Yahya Hüseynxani deyib. Məlumata görə, Daş Makı vilayətinin mərz hənginin gözətçiləri qaçaqçılardan 50 kiloqram heroin növlü müxəddir maddə kəşf və zəbt ediblər.
Yahya Hüseynxani bildirib ki, mərz gözətçiləri Daş Makı mərz bölgələrində qaçaqçıların keçidi yolları üzrə pusqu quraraq, ölkəyə müxəddir maddə məhmuləsi gətirməkdə olan qaçaqçıları müşahidəyə götürüblər.
Bildirək ki, İranın Qərbi Azərbaycanda qonşu ölkələrlə mərzinin uzunluğu 967 kilometrdir.

Related Articles

Bir cavab yazın

Back to top button