İran

İran və Beynəlxalq Atom enerjisi agentliyi açıqlama yayıb

Beynəlmiləl Atom Enerjisi Ajansının baş müdiri Rafael Qrossin Tehrana iki günlük səfər edib. Səfərin sonunda İran və ajans tərəfindən birgə açıqlama yayılıb.
Açıqlamaya görə, İran bu ajansın bazrəslərinin iki atom saytına girişini “könüllü” şəkildə təmin edəcək. Bu məsələlərin həlli üçün ajansın yoxlama fəaliyətlərini sadələşdirəcək. Ajansın giriş və yoxlama fəaliyətlərinin tarixləri razılaşdırılıb. Beynəlmiləl Atom Enerjisi Ajansı isə öz növbəsində İrandan başqa suallar və yeni saytlara giriş istəyi olmadığını elan edib. Məlumata görə, atom maddələrinə və saytlarına nəzarət barədə razılığa gəlinib. Habelə yoxlama tədbirlərinin həyata keçirilməsi ilə bağlı bu ajans tərəfindən təyin edilmiş məsələlərin xoş niyyətlə həll edilməsi nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button