Azərbaycanİran

Iran rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

Iran rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır və onun fiziki vəziyyətinin pis olmasına baxmayaraq, həmin azərbaycanlı məhbus lazımi tibbi yardımdan məhrum edilib.

Məhkumun ailəsinə yaxın olan məlumatlı mənbə onun son vəziyyəti ilə bağlı məlumat verib: “Cənab Fərəci bel nahiyəsində şiddətli ağrılardan əziyyət çəkir. İşlə bağlı səlahiyyətli orqanlara müraciət etməsinə və ailəsinin onun müalicə üçün tibb mərkəzlərinə göndərilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də lazımi müalicədən məhrumdur.

Qeyd edək ki, Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq məqsədi ilə kiberməkanda yalan yaymaq” ittihamları ilə 17 il 4 ay həbs və Cənubi Xorasan əyalətinə 2 il sürgün cəzasına məhkum edilib.

Apellyasiya məhkəməsində bu cəza 5 ilə endirilib.

Əsgər Fərəcinin vəkili Sina Yusifi bu azərbaycanlı fəala verilən hökmlə bağlı açıqlama verib: Müvəkkilim Əsgər Fərəci “Ana Dili” sahəsində sivil fəaliyyətinə görə 4 ilə yaxındır ki, Evin həbsxanasında məzuniyyətsiz saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button