
Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof ABC News telekanalına müsahibəsində deyib.
O həmçinin bildirib ki, danışıqların beşinci raundu üçün bu həftə Avropada İran nümayəndə heyəti ilə görüşəcək:
“Biz İran nümayəndə heyətinə bir təklif göndərdik ki, hörmətsizlik etmədən bizi maraqlandıran bəzi məqamlara toxunduq, vacib olan odur ki, burada bir həll yolu tapmaq istəyirik və bunu bacara biləcəyimizi düşünürük”.
O, əlavə edib ki, zənginləşdirmə nüvə bombasına nail olmaq qabiliyyətinə gətirib çıxarır və ABŞ bunun baş verməsi üçün İrana icazə verə bilməz.