
Bunu BMT-nin banqladeşli eksperti və hüquqşünas İrne Xan deyib.
O, mayın 22-də BMT-nin Baş Assambleyasına təqdim etdiyi hesabatda bildirib ki, son illərdə çox sayda jurnalist siyasi repressiyalardan xilas olmaq, həyatlarını xilas etmək üçün xaricə mühacirət etmək məcburiyyətində qalıb.
“Ancaq mühacirətdə də onlar çox vaxt fiziki, rəqəmsal və hüquqi təhdidlərlə üzləşib, təhlükə ilə qarşılaşıblar”, – deyə İrne Xan bildirib.
Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran jurnalistlər üçün dünyanın ən böyük həbsxanalarından biridir.