Dünyaİran

BMT nümayəndəsi: İran xaricdə yaşayan jurnalistləri hədəfə alır

İran İslam Respublikası iranlı və iranəsilli jurnalistləri və xaricdə farsdilli media orqanlarının əməkdaşlarını hədəfə alır.

Bunu BMT-nin banqladeşli eksperti və hüquqşünas İrne Xan deyib.

O, mayın 22-də BMT-nin Baş Assambleyasına təqdim etdiyi hesabatda bildirib ki, son illərdə çox sayda jurnalist siyasi repressiyalardan xilas olmaq, həyatlarını xilas etmək üçün xaricə mühacirət etmək məcburiyyətində qalıb.

“Ancaq mühacirətdə də onlar çox vaxt fiziki, rəqəmsal və hüquqi təhdidlərlə üzləşib, təhlükə ilə qarşılaşıblar”, – deyə İrne Xan bildirib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran jurnalistlər üçün dünyanın ən böyük həbsxanalarından biridir.

Related Articles

Bir cavab yazın

Back to top button