Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Hikmət Hacıyev: “Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”

“Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş uçağının sanki Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 uçağı tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti doğru olmayan məlumatıdır”.
Bunu açıqlamasında Azərbaycan cümhurisinin Prezidentinin köməkçisi – Prezident dəftərinin Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, septambrın 29-da Ermənistan ərazisində iki “Su-25” tipli uçaq havaya qalxıb. “Hər iki uçaq dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın nizami rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın nizami rəhbərliyi ikinci uçaq və onun xələbanı barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi. Ermənistanın sanki münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd “Su-25” uçağını hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, xələbanların ölməsi məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik”,-deyə Hikmət Hacıyev açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button