Azərbaycan

Təbrizdə bələdiyyə işçiləri etiraz aksiyası keçirib

Martın 7-də Təbrizin bir qrup bələdiyyə işçisi etiraz aksiyası keçirib.

Onlar əmək haqqının az olduğunu, bu üzdən məişət problemlərinin çoxaldığını bildirib.

Aksiya iştirakçıları qanunla nəzərdə tutulan ödənişlərin verilməməsinə etiraz ediblər.

Bələdiyyə əməkdaşları onlara vəd edilən bayram ödənişlərinin azaldıldığını bidlirib, infliyasiyanın yüksəlməsinə baxmayaraq əmək haqlarının dəyişilməz qalmasına etiraz ediblər.

Təbriz bələdiyyəsində özəlliklə son zamanlar hökm sürən böhran və bələdiyyə ilə Şəhər Şurası arasında baş verən qarşıdurmalar işçilərin əmək haqları və başqa ödənişlərinin gecikdirilməsinə səbəb olub.

İki gün bunda öncə, martın 6-da bələdiyyə idarəsinin inzibati işçiləri bələdiyyə binasına toplaşaraq oturaq aksiya keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button