İran

​​İranlı vəkil: “Qanun qəbul etməklə azadlığı məhdudlaşdırmaq olmaz”

“Ölkənin 7-ci İnkişaf Proqramı Qanununun 75-ci maddəsi xalqın konstitusiyada qeyd olunmuş hüquqlarına ziddir", – bunu iranlı vəkil Mahmud Əlizadə Tabatabai deyib.

“Xalqın gündəlik yaşamı ilə bağlı informasiya toplamaq və onlardan müəyyən məqsədlər üçün istifadə etmək düzgün deyil. Dünya ölkələrinin heç birində qanun qəbul olunmaqla xalq barədə informasiya toplamaq faktı yoxdur.

Təhlükəsizlik barədə informasiyaların toplanması üçün qanun qəbul olunmasına ehtiyac yoxdur. Təhlükəsizlik orqanları istədikləri informasiyanı toplaya bilir. Həmin qanunun 75-ci maddəsi dolayısı ilə xalqa çatdırır ki, sizin ən kiçik hərəkətinizə belə dəqiq nəzarət olunur.

Bu isə arada olan hörmət-ehtiram sərhədini pozmaqdır. Belə qanunların hazırlanması xalqın təməl hüquqlarına ziddir. Konstitusiyada deyilir ki, ölkənin heç bir rəsmisi qanun və qaydalar təklif etməklə xalqın legitim azadlıqlarını poza bilməz.

Lakin çox hallarda qanun layihələri hazırlanmaqla xalqın azadlıqları pozulub. Şəxslərin xüsusi sərhədləri toxunulmazdır. Heç bir şəxs və yaxud ölkə rəsmisi vətəndaşların xüsusi sərhədlərinə keçmə haqqına malik deyil.

Ölkənin 7-ci İnkişaf Proqramı Qanununun 75-ci maddəsi xalqın təməl azadlıqlarına tamamilə ziddir”, – deyə vəkil tənqid edib.

Related Articles

Bir cavab yazın

Back to top button