İran

İrana məxsus silahötürmə şəbəkəsi ifşa olunub

Livan təhlükəsizlik qüvvələri ölkə ərazisində İrandan HƏMAS üçün silah qaçaqmalçılığı şəbəkəsini aşkarlayıb.

Şəbəkənin əsas üzvlərindən olan Livan ordusunun keçmiş zabiti, 43 yaşlı Mişel Elyas Fransis həbs edilib.

Onunla yanaşı, Beyrut sakini və HƏMAS-nin üzvü, 50 yaşlı Məhəmməd Şahin Zəki də saxlanılıb.

Bundan əvvəl SEPAH-nin HƏMAS qüvvələrinin köməyi ilə İsrailə qarşı xüsusi əməliyyatının daha bir hissəsi ifşa edilib.

Cari ilin aprel ayının ortalarında İsrailin kəşfiyyat və xüsusi əməliyyat təşkilatı (Şabak) İordan çayının qərb sahilində İrana bağlı şəbəkəni zərərsizləşdirib.

Related Articles

Bir cavab yazın

Back to top button