
“Amerika yalnız əməldə bütün təhrimləri ləğv edərsə, İran da atom anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə qayıdacaq”.
Bu fikirləri Əli Xamenei bildirib. Onun sözlərinə görə, bu, İranın qəti və dönməz siyasətidir, habelə heç kim bu siyasəti poza bilməz.
İranın hava və pədafənd qüvvələrinin bir qrup komandiri ilə görüşdə çıxış edən Xamenei İranın atom anlaşması ilə ilgili öhdəliklərinə bağlı qaldığını açıqlayıb.
Qeyd edək ki, son illərdə Tehran hakimiyyəti atom fəaliyyətlərini və ballistik raket proqramını genişləndirdikcə, bölgə dövlətlərinə və dünyaya daha azğın şəkildə meydan oxumağa çalışır.