İran

İran hökumətinin hakerləri yenə təxribatlarını davam etdirirlər

İran hökumətinə bağlı hakerlər casusluq məqsədilə peyk, müdafiə və dərman üzrə fəaliyyət göstərən minlərlə cəmiyyəti kiberhücuma məruz qoyublar.

Məşhur “Microsoft” korporasiyası bu barədə etdiyi tədqiqat nəticəsində kiberhəmlələrin Şaftalı Qum Qasırğası anlamında olan “Peach Sandstorm” İran hakimiyyətinə bağlı haker qrupu tərəfindən olunduğunu müəyyən edib.

Qrup kiberhəmlələrlə bir sıra təşkilatlara nüfuz edə bilməklə onların məlumatlarını oğurlayıb.

“Microsoft” kiberhəmlələrə məruz qalan cəmiyyətlərin və ölkələrin adlarını açıqlamayıb.

Hakerlər “İran hakimiyyətinin maraqlarını dəstəkləmək” məqsədilə təşkilatlara nüfuz edə bilmək üçün Keçidsöz Səpələmə (Password Spraying) metodundan istifadə ediblər.

Korporasiyanın bildirməsinə istinadən, hakerlər həmin metoddan aviasiya, kimya və mədən sənayesi sahəsində fəaliyyət göstərən təşkilatlara nüfuz ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button