Azərbaycan

Milli fəal Ruzbeh Piri təhlükəli cinayətkarlarla bir yerə salınıb

Milli-mədəni fəal Ruzbeh Piri fevralın 15-də ailəsi ilə qısa telefon danışığı zamanı Təbriz zindanının təhlükəli cinayətkarların saxlanıldığı 15-ci bölməsinə köçürüldüyünü bildirib.

“Pak” adlandırılan 15-ci bölmədə narkotik alverçiləri, qətl hadisəsi törədənlər və başqa bu kimi ağır cinayətlərdə ittiham olunan şəxslər cəza çəkir.

Uzun illərdir ki, İranda siyasi məhbuslara, güney azərbaycanlı milli-mədəni fəallara təzyiq göstərmək üçün təhlükəsizlik xidməti əməkdaşlarının göstərişi ilə təhlükəli cinayətkarlarla bir yerdə saxlanılır.

Məhkumların Təsnifatı Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq hər bir məhbus öz qrupunda saxlanılmalı olduğuna baxmayaraq bunun icra edilməməsi dəfələrlə məhbusların etiraz və aclıq aksiyaları keçirmələrinə səbəb olub.

Təsnifat Şurası məhkumları təhsilinə, əxlaqi xüsusiyyətlərinə, davranış tərzləri və şəxsiyyətlərinə görəayrı-ayrı uyğun bölmələrə yerləşdirməli olduğu halfa bunun yerinə yetirilməməsi insan haqları təşkilatlarının hesabatlarında əks olunub.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

Related Articles

Bir cavab yazın

Back to top button