İran

İran işğalçı Ermənistanla birgə mədəniyyət və yemək festivalı keçirəcək

Avqustun 10-11 tarixlərində "Sünik" (Qərbi Zəngəzur) vilayətinin Sisian şəhərində Ermənistan və İranın "Navasərd" adı altında mədəniyyət və yemək festivalı keçiriləcək

“ArmenPress” Ermənistanın Turizm Federasiyasına istinadən xəbər yayıb ki, festival iki gün davam edəcək.

Festivalda iştirak edən Ermənistan və İran komandaları ilk gün stendlərdə Urartu-Əhəmənilər dövrünə aid yeməklərini və onların tarixləri haqqında bilgiləri hazırlayıb təqdim edəcəklər. Bununla yanaşı, festivalda rəqs, musiqi, sənət əsərləri və əl işləri də təqdim ediləcək.

Sözügedən festivalın əsas hissəsindən öncə müxtəlif nominasiyalar üzrə iştirakçı komandalar arasında yarış keçiriləcək və festivalın sonunda mükafatlandırma mərasimi təşkil olunacaq.(https://t.me/AzadIranTelegram/8875)

Related Articles

Bir cavab yazın

Back to top button