Dünya

Koronavirusa yoluxmanın ən çox qeydə alındığı ölkələr

Dünyada koronavirusa tutulanların sayı son 24 saatda 284 mindən çox artıb. Bu barədə Ümumdünya Sağlamlıq Təşkilatının gündəlik hesabatında deyilib. Culayın 24-ü saat 12:00- a olan məlumata əsasən, ötən 24 saatda 284 196 nəfər virusa tutulub. 9 753 nəfər isə vəfat edib. Beləliklə, tutulanların ümumi sayı 15 296 926, ölənlərin sayı isə 628 903 nəfərə çatıb.
Ən çox tutulma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. Belə ki, Cənubi Amerikada 8 121 700 tutulma və Şimali Amerikada 325 625 ölüm halı olduğu bəlli olub. İkinci yerdə Avropa bölgəsi qərarlaşıb. Burada tutulanların sayı 3 170 382, ölənlərin sayı isə 209 421 nəfərdir. Üçüncü yeri Cənub-Qərbi Asiya bölgəsi tutur. Burada ümumilikdə 1 625 564 tutulma və 38 111 ölüm halı olduğu bildirilib.Qeyd edək ki, Ümumdünya Sağlamlıq Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Related Articles

Bir cavab yazın

Back to top button