İran

Bəluclu gəncin bədənindən güllə çıxarılıb

Dünən axşam saatlarında Sistan və Bəlucistan vilayətinin Fənuc şəhərində əhalinin hökumət qüvvələri ilə baş tutan irimiqyaslı qarşıdurmalar zamanı Məhəmməd Ərbabi adlı gənc güllə yarası ilə xəstəxanaya çatdırılıb. Onun bədənindən bir ədəd mərmi çıxarılıb. Onun hazırkı vəziyyəti haqqında məlumat yoxdur.

Guney AZfront-un əldə etdiyi məlumata əsasən, Məhəmməd Ərbabi bir neçə şəxslə birlikdə hökumət tərəfindən şəhərdə qurulmuş nəzarət-keçid məntəqisində növbə çəkən silahlılar tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Qeyd edək ki, Fənuc şəhərində iğtisaşlar şəhər ərazisində motosiklet sürən dörd gənc və təhlükəsizlik qüvvələrinin avtomobilinin iştirakı ilə baş verən qəzadan sonra başlayıb. Xəsarət alan bəluclardan biri dünyasını dəyişmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button