Dünya

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Diyarbəkir əyalətində 3,3 rişter gücündə zəlzələ olub. Bu barədə Qəndilli Rəsədxanası və Zəlzələni Araşdırma mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Kulp şəhristanında yerli vaxtla saat 00:41-də qeydə alınıb. Zəlzələ ocağı Kulp şəhristanında, 5 kilometr dərinlikdə yerləşib. Bildirək ki, bu, Türkiyədə son iki gündə qeydə alınan ikinci təbii hadisədir. Belə ki, dünən də 4,2 rişter gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice şəhristanında qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Related Articles

Bir cavab yazın

Back to top button