Dünya

Ameri̇ka İrana xəbərdarlıq edi̇b

Amerika prezidenti Co Bayden İrana bildiriş edib. Belə ki, jurnalist Amerika prezidentinə “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” deyə sual verib. Bayden isə cavabında “Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun” deyə vurğulayıb. Amerikanın Xarici İşlər Vəziri Antonu Blinken də Suriyaya endirilən hava zərbələri barədə açıqlama verib. O, bu addımın İrana və başqalarına Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağını göstərmək məqsədilə atıldığını deyib. “Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”,-deyə vəzir diqqətə çatdırıb. Qeyd edək ki, Amerika Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən nizami məntəqələrə hava zərbələri endirib. Məlumata görə, zərbələr Amerikanın İraqdakı mövqelərinə endirilmiş hücumlara cavab olub.

Related Articles

Bir cavab yazın

Back to top button