Dünya

Boris Conson İranın bölgədəki fəaliyyətlərindən söz açıb

“İranın bölgədəki nüfuzu və dağıdıcı davranışı bizi çox nigaran edir. Biz İranın atom silahına sahib olma ehtimalı ilə bağlı nigaranıq”. Bu fikirləri marsın 16-da Böyük Britaniyanın baş vəziri Boris Conson səsləndirib. “İran yalnız bölgə xalqlarının əmniyəti və mənafeyi üçün yox, həm də öz xalqının mənafeyi və əmniyəti üçün atom öhdəliklərinə əməl etməlidir”,-deyə o, diqqətə çatdırıb. Conson ölkəsinin atom başlığı ehtiyatlarını yüzdə 40-dan çox artıraracağını açıqlayıb. O, təhlükəli beynəlxalq vəziyyət, habelə yeni teknoloji təhdidlər qarşısında əmniyyətlərini təmin etmək məqsədilə belə bir qərar verdiklərini söyləyib. Qeyd edək ki, İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif Boris Consonun fikirlərinə münasibət bildirib. “Conson İranın atom proqramından nigaranlığını dilə gətirir. Ancaq o, elə həmin gün ölkəsinin atom zərradxanasını artıracağını açıqlayıb”,-deyə vəzir diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button