Azərbaycan

Qəzvində orucluq ayı ilə bağlı cəza tədbirləri sərtləşdirilir

Qəzvin əyalətinin məhkəmə sisteminin nümayəndəsi Əli Fuliyan orucluq ayı ilə bağlı keçirilən tədbirdə əyalətdə oruc tutmayanlar və qaydalara riayət etməyənlərə qarşı cəza tədbirlərinin sərtləşdiriləcəyini deyib.

O, oruc tutmağın yalnız fərdi ibadət növü olmadığını və bunun İran cəmiyyətinin adət və ictimai dəyəri olduğu üçün qaydaları pozanların dəyərlərə qarşı çıxdıqlarını iddia edib.

Fuliyan məsullara və asayiş keşikçilərinə müraciət edərək orucluq ayı ilə bağlı xətaya yol verənlərə qarşı sərt davranmalarını, daha ciddi cəza növləri uyğulamalarını istəyib.

Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.

Tehran rejiminin əməlləri nəticəsində insanların dinə qarşı münasibətləri dəyişməkdədir.

İnsanlar bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən tədricən uzaqlaşırlar.

Related Articles

Bir cavab yazın

Back to top button