İran

ŞƏRQİ AZƏRBAYCANDA MƏRİZLƏRİN SAYI AÇIQLANIB

Şərqi Azərbaycan ustanında son 5 gündə 740 nəfər koronavirusa tutulub.
Təbriz Tibb Elmləri Danişqahının rəisi, Covid-19 üçün götürülən testlərin təqribən yüzdə 25-nin müsbət çıxdığını deyib.Məlum olub ki, son 5 gündə ustanda 740 nəfər virusa tutulub.
Bu barədə “Fars News”a açıqlama verən Məhəmmədhüseyn Sumi bildirib: “Aamarlar ordibeheştin 14-dən başlayaraq gündəlik 500-700 test götürülməklə hazırlanıb”.
Koronavirusa tutulanların ümumi sayı 5.681 nəfərdir”.
O, ustanda koronavirusdan ölənlərin sayında azalma müşahidə edildiyini bildirərək deyib: “Koronavirusdan mərizxanaya yerləşdirmə aamarı da azalmaqdadır, belə ki, mərizxanalara 523 yerləşdirmə səbt olub”.
Suminin sözlərinə görə, virusa tutulanların yüzdə 82,5-i sağalıb, və ya ev şəraitində müalicə alırlar.

Related Articles

Bir cavab yazın

Back to top button