Dünya

İranın Birləşmiş Millətlər Təşkilatına olan borcu ödəniləcək

İranın Birləşmiş Millətlər Təşkilatına olan borcu Güney Koredə bloklanmış pulların hesabına ödəniləcək. Məsələ ilə bağlı fevriyənin 3-də dövlət məqamına istinadən Güney Kore xəbər ajansı bilgi verib. Bu barədə Güney Kore ilə Amerika arasında danışıqların aparıldığı bəlli olub. Güney Kore məqamının sözlərinə görə, əməliyyatın icrası ilə bağlı müvafiq işlər görülüb. Yalnız fənni ayrıntılarla bağlı qərarın verilməsinə ehtiyac var. Qeyd edilənə görə, borc məbləği Güney Korenin milli pul vahidindən Amerika dolarına çevrilərək ödənilməlidir. Ancaq Amerika İrana dolarla ticarət əməliyyatları aparmağı qadağan edib. Buna görə də Güney Kore başqa üsullardan istifadə etməyi düşünür.

Related Articles

Bir cavab yazın

Back to top button