İran

Əli Rəbii “edam etməyin” kampaniyasından danışdı

İran dövlətinin sözçüsü Əli Rəbii #EdamEtməyin kəmpeyninə əks-ül-əməl olaraq fikir bildirib. “İctimaiyyətin rəyinə hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Məhkəmə Qüvvəsinin başçısı İbrahim Rəisi ümumi mənafeyin qorunması üçün ürəyi yumşaqlıq göstərəcək. Habelə ədalət üçün cəhd edəcək” deyə o, qeyd edib. Xatırladaq ki, 1398-ci ilin Aban ayı etirazlarında Əmir Hüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbi “İran İslam Cümhurisinə qarşı “dağıtma və yandırmada iştirak” ,habelə “müharibə” ittihamları ilə edama məhkum olunublar. Onların edam hökmü ölkənin Ali Məhkəməsində də təyid olunub. Qeyd edək ki, 3 nəfərə çıxarılmış edam hökmünü dayandırmaq məqsədi ilə ictimai şəbəkələrdə #EdamEtməyin kəmpeyni başladılıb. Belə ki, haştag ilk 24 saatda Tvitterdə 4 milyon dəfədən çox paylaşılıb.

Related Articles

Bir cavab yazın

Back to top button