İran

İranda müxalif fəala ağır həbs cəzası verildi

İranın Qolpayqan şəhərinin İnqilab Məhkəməsi siyasi fəal Məsumə Yavəri barədə 13 il həbs czası barədə qərar çıxarıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, “ümumi əmlakı dağıtmaq”, “hökumətə qarşı təbliğat” və “terror qruplaşmasına üzv olmaq”da günahlandırılıb.

Qeyd edək ki, məhkəmənin “terror qruplaşması” adlandırdığı qurum, hazırda mərkəzi qərargahının Albaniyada yerləşdiyi və siyasi fəaliyyətlə məşğul olan “İran Xalq Mücahidlıri Təşkilatı”dır.

İnsan haqları müdafiəçiləri Məsumə Yavəriyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, onun dinc fəaliyyətlərinə və hakimiyyəti tənqidlərinə görə şərləndiyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button