Azərbaycanİran

AMP başqanı Saleh Kamrani “İranın Bərcam müqaviləsi və iranın atom təhlükəsi” haqqında, müzakirələr qatılıb

AMP-nin başqanı Saleh Kamrani qatıldığı toplantıda İranın Bərcam müqaviləsinə məsuliyyətli yanaşmamasını vurğulayıb.
“İran bir neçə müddətdir ki, Bərcam müqaviləsinin əksinə olaraq Uran zənginləşdirmə faizini müəyyən miqdardan daha çox istehsalına başlayıb. İranın rəsmi məqamları dəfələrlə Bərcamdan çıxdıqlarını elan edərək o müqavilə prinsiplərinə sadiq qalmamalarını vurğulayıblar. Hazirda İran Uran zənginləşdirilməsində elə bir mərhələyə çatıb ki, tezliklə Atom bombası istehsalına başlaya bilər. Bildiyiniz kimi, 2002-ci ildə ilk dəfə olaraq bəlli oldu ki, İran 18 ildir uraniyomun zənginləşdirilməsi projesi ilə məşğul olub. Bu məsələnin ifşasından sonra, Beynəlxalq atom enerjisi ajansı elan etdi ki, İranın atom enerjisi istifadəsi nə yöndə olacağından əmin deyilik. Dünya İctimaiyyəti İranın bu enerjidən sivil istifadə etməməyindən əmin olmadığına görə dünya gücləri, o cümlədən, Amerika, Çin və Rusiya iqtisadi sanksiyalar tətbiq etməyə başladılar və sonra diplomatik olaraq Bərcam müqavisini irəli sürdülər. Amma bu müqavilənin təsirli olmadığına görə nəhayət Amerika dövlətinin prezidenti Tramp administrasiyası tərəfindən “maksimum basqı layihəsi çərçivəsində” sanksiyalar və təzyiqlər tətbiq olundu. Təəssüf olsun ki, Amerika hakimiyyətinin dəyişilməsi ilə bu təzyiqlərin bir çoxu dayandırılır və iran hər gün İran atomunun əldə edilməsinə bir addım yaxınlaşır. Təəssüflə preziden Bayden iş başına gələndən sonra İrana basqılarını azaldıb, əksinə öz müttəfiqlərinə yəni, Türkiyə və Ərəbistana təzyiq göstərir. İran Atom bombasını əldə etmək ilə bölgədə Türkiyə, Azərbaycan, Ərəbistan özünü müdafiə məqsədi ilə atom bombasını əldə etməyə məcbur qalacaqlar. İkinci təsiri budur ki, iran daha da güclənə bilər və bölgədəki yetişdirdiyi terroristləri o cümlədən Həmas və Suriyadaki Hüseyniyyun terroristlərini daha artıq dəstək verə bilər. İran İsrailin yer üzündən məhv olunması ilə bağlı hədələyib. Eyni halda İsrailin məntəqədəki müttəfiqi olan Azərbaycanı da 4 min raket ilə hədələdi. Azərbaycan cümhuriyyətin müstəqil siyasəti olaraq hər bir müstəqil ölkə ilə əməkdaşlıq və həmkarlıq edə bilər, amma İran bunu özünə ciddi təhlükə hesab edir. Əgər İran bu bombani əldə edərsə İsrailin, Azərbaycanın və qeyri-farsların həyatı təhlükədə olar. Dünyada 200 ölkədən İsrail bu məsələni ciddi qəbul edir və bunun qarşısını alır. Və bu istiqamətdə böyük addımlar atıb anaq bir o qədər də təsiri olmayıb. Ancaq içəri məsələyə döndükdə, Sayın Mordexainin dediyinə əsasən bütün millətlər, İran muxalifləri həmrəy olaraq bu rejimi aradan qaldırmalıdırlar. Bir başqa məsələ də ondan ibarətdir ki, daxildə geri qalmış mərkəziyyətçi opozisiyonlar Azərbaycan dövlətinə, Türklərə və Ərəblərin əleyhinə savaş aparır. Bunlar Hitlerin müxaliflərinə bənzəyirlər, onlar iddia edirdilər ki biz Hitler ilə müxalifik ancaq bizim ərazimizi müdafiə etdiyinə görə onunla razılaşıdır. Biz isə rasistə bənzər bu reimlə, anti-türk, anti-ərəb, anti-yəhudla mübarizə aparırıq. Sayın Mordexainin təklifinə görə, axır çərşənbəni rasizm gününə çevrildiyinə görə bir araya gəlməlidir. Biz 24 iyulda Ələhvazın ərəblərinə dəstək üçün Azərbaycanın küçələrə axışmasını gördük. Biz o biri millətləri də bu azadlıq səsinə çağrırırq. Mən istəyirik ki, bu anda Avropa, Amerika, İsrailin siyasətlərinə kretik baxam, təssüflə bura kimi bütün dəstəklərini mərkəziyyətçi opozisiyona, o cümlədən media orqanlarına veriblər. Bu opzisiyonlar Anti-türk, anti-ərəb, Anti-yəhuddur. Mən Avropa, Amerika,İsraili və ərəb ölkələrini bu sahədə sayıq olmağa çağırıram. İran atom bombasını əldə etməklə batı dəyərlər də təhlükəyə düşə bilər və gələcəkdə beləliklə milyonlarla qaçqın avropaya axışa bilər, bu isə Avropa və Qərb dünyasının gələcəyini təhlükə altına alır.

Related Articles

Bir cavab yazın

Back to top button