Dünyaİran

Brenda Şfer: İranda qeyri-fars millətlər üsyan üçün yetişmiş ola bilər

Demokrasınnı Müdafiə bünyadı Enerji məsələləri üzrə baş muşaviriu Brenda Şfer, 21 Mey tarixli Orta Şərq Forumu veb-seminarında İranın çox etnik azlıqları barədə danışıb.

Şferə görə, İranda qeyri-fars etnik azlıqların sayı, “CİA sənədləri Kitabının köhnə nüsxəsinə” istinad edən Qərb mənbələri tərəfindən ümumiyyətlə təxmin ediləndən daha çoxdur. Əslində, Şferin FDD monoqrafiyası olan “İran Farsdan çoxdur” adlı İran hökuməti məlumatları göstərir ki, azərbaycanlılar, kürdlər, bəluclar, lorlar və Ələhvaz ərəblər ilə birgə bu azlıqlar “İran əhalisinin yarısından çoxunu” təşkil edir. İran hökumətinin öz daxili amarına görə, əhalinin təxminən yüzdə 40 -ı Fars dilini yaxşı bilmədiklərini iddia edirlər.

İran azərbaycanlıları, 2015-ci ilin abanında bir azərbaycanlının tualet fırçası ilə dişlərini fırçaladığını göstərən uşaq verlişi filminin yayımlanmasına etiraz etdilər.

İranın çoxsaylı etnik tərkibinə baxmayaraq, rejim “Fars mərkəzli bir ideolojini” yürüdür və Fars olmayan millətləri ağır şəkildə boğur. Məktəblərdə və dövlət idarələrində fars dilindən başqa dillər qadağandır və valideynləri dolayıdan məcbur edirlər ki, uşaqları məktəbə girməmişdən öncə fars dilini öyrənmə şalışırlar. Bu isə Bəsəndəgi Tərhindən irəli gəlir.. Şfer rejimin bu siyasəti tətbiq etməsinin “hökumətin evlərə həqiqi bir təcavüzü olduğunu” söyləyib.

“İranın sərhəd əyalətlərində cəmləşən” Fars olmayan etnik azlıqlar daha yoxsuldular və dövlət xidmətləri baxımsızlığından əziyyət çəkirlər. Bu etnik azlıqların yaşadıqları vilayətlər “həyat üçün təhlükəli ekoloji problemlərlə”, məsələn, “xüsusilə Bəluçları və Kürtləri təsir edən” su çatışmazlığı və Ələhvaz ərəblərinin üstünlük təşkil etdiyi Xuzistanda nəft və qaz sənayesindən qovulan əhali ilə doludur. İranın etnik azlıqları, xüsusən də Kürdlər də “ən yüksək həbs və edam nisbətlərinə” sahibdirlər.

Azərbaycanlıların isə mədəni sahədən əlavə mədənlərinin talanması və yaşam mühitinin çirklənməsi özəlliklə Urmu Gölünün qurudulması, İranda fars dilli olmayan millətlərin əsas müşküllərindən dir.

Related Articles

Bir cavab yazın

Back to top button