İran

Ərdəbildə Abbas Lisaniyə dəstək məqsədilə qrafiti çəkilib

Ərdəbil şəhərinin bir qrup milli-mədəni fəalları İran həbsxanalarında saxlanılan siyasi məhbuslar, özəlliklə ərdəbil həbsxanasında dustaq olan Abbas Lisaniyə dəstək məqsədilə şəhər divarlarından birinə maraqlı qrafit çəkiblər.
Qrafitdə “Abbas Lisani həbsə deyil azadlığa layiqdir” şüarı yazılıb. Bildirək ki, son vaxtlar Güney Azərbaycan şəhərlərinin əksəriyyətində milli-mədəni fəallar plakart, broşur, qrafit, divar yazıları və başqa vasitələrlə həbsdə olan siyasi, milli-mədəni fəalların sağlamlıqları ilə bağlı nigaranlıqlarını ifadə ediblər. Onlar həbsxana və məhkəmə məsullarının siyasi məhbusların həyatına qarşı məsuliyyətsizliklərinə etiraz ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button