Azərbaycan

Ərdəbildə Parfiya dövrünə aid tarixi məkan məhv edilir

Tarixi məkanın üstündə zavod tikintisinə başlanılıb

Ərdəbil şəhəri ilə Abıbəyli şəhərinin yolu üzərində, Nəmin şəhərinin inzibati ərazi bölgüsünə daxil olan tarixi məkanda dəmir-polad zavodu tikintisi layihəsinə başlanılıb.

Axeoloq və mütəxəssislərin bildirdiyinə görə, 2 hektar ərazini əhatə edən tarixi məkan Parfiya dövrünə aiddir.

Zavodun tikintisi nəzərdə tutulan ərazinin 1000 kvadrat metr sahəsində parfiya dövrünə aid nadir tikinti nümunələri, saxsı əşyalar, nadir məzar nümunələri və insan skletləri mövcuddur.

Bu unikal yerin qazıntılarında iştirak edən mütəxəssislər heyrətamiz artefaktların, o cümlədən ilk “qayçı”nın aşkar edildiyini bildirirlər.

Ərdəbilli milli-mədəni fəalların verdiyi məlumata görə, Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə çox sayda müraciətlərin olmasına baxmayaraq tarixi bölgədə işlər dayandırılmayıb.

Onların məlumatına görə, adı çəkilən yerin ətrafında beton maneələr quraşdırılıb və layihə rəhbərliyi yerli dövlət qurumlarının dəstəyi ilə zavodu tarixi yerin üzərində qurmaqda israrlı görünürlər.

gun az article

Related Articles

Bir cavab yazın

Back to top button