İran

Ərdəbildə Bahar kuboku keçiriləcək

Ərdəbildə idman növlərini gəlişdirmək məqsədilə Bahar camı keçiriləcək. Ərdəbil vilayətinin İdman və Gənclər Baş İdarəsinin rəisi vilayətdə 30-dan çox idman evinin istifadəyə verildiyini söyləyib. Bu işlərin gənclər arasında idman sahəsinə həvəs yaratmaq üçün görüldüyü diqqətə çatdırılıb. “Keçən il 18 kənd idman evi həndbal, tatami, tennis masası, dart və şətrənc kimi ləvazimatlarla təchiz edilib. 50 azgəlirli kənd isə özəl bir şirkət tərəfindən idman topları və volibol torları ilə təmin olunub”,-deyə Səccad Ənuşirəvani bildirib. Açıqlamaya görə, 1399-cu ildə Baruqda ilk qadın idman evi istifadəyə verilib. Bu il də müxtəlif bölgələrdə qadın idman evlərinin yaradılması yönündə işlər davam etdiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button