
Bu barədə məhbusun qardaşı Əhməd sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Möhsün Bürhani “sosial mediada paylaşım edərək din xadimlərini təhqir etmək və hakimiyyətə qarşı təbliğat”da ittiham olunur .
Qeyd edək ki, Möhsün Bürhani Məsud Pezeşkianı dəstəkləyib və vətəndaşları seçkilərdə fəal iştirak edərək mühafizəkar Səid Cəlilinin prezidentliyini əngəlləməyə çağırmışdı.