Azərbaycan

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri olmuş Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

Məhəmməd Əmin Rəsulzadə öz yazılarında və 40-dək İrandan məktublarında Güney Azərbaycan haqqında bəhs edirdi. Rəsulzadə XX əsrin əvvəllərində 9 milyon əhalisi olan İranın çoxmillətli və çoxsaylı etnoslardan ibarət olduğunu, azərbaycanlıların isə bu əhalinin üçdə birini, təxminən 3 milyondan çoxunu təşkil etdiyini deyib. Məhəmməd Əmin Rəsulzadə öz yazılarında Qaşqay və Xorasan ətrafındakı əhalini də əsl türk hesab edib, hətta onları Azərbaycan türklərinin bir qolu olduğunu vurğulayıb. Onların tarixi hadisələr nəticəsində Azərbaycan ərazisindən ayrı düşmələrinə baxmayaraq, türk olaraq öz milli kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxlamağı bacardıqlarını deyib.

Siyasi fəaliyyətinə görə Məhəmməd Əmin 1906-cı ildə İrana getməli olur. Rəsulzadə 1906-1911-ci illərdə İranda olarkən öz yazılarında Güney Azərbaycandakı siyasi vəziyyətdən, məşrutə inqilabından, bu inqilabın rəhbəri olmuş “Sərdari milli” Səttar xandan və onun silahdaşlarından bəhs edib. Rəsulzadə XX əsrin əvvəllərində Səttar xanı milli qəhrəman adlandırıb və onunla şəxsən görüşdüyündən məmnun qaldığını da yazıb.

Məhəmməd Əminin yazılarında İrandakı I və II çağırış parlamentlərində azərbaycanlıların fəaliyyəti haqqında qeyd edib. Onun dediklərinə görə, azərbaycanlı deputatlar şah rejimi əleyhinə çıxış edirdilər, bununla da milli oyanışa təsir göstərirdilər. Rəsulzadə İran daxilində 70-dən çox siyasi qurumun yarandığı zaman həmin qurumlarda azərbaycanlıların əsas rol oynadıqlarından da bəhs edib.

Related Articles

Bir cavab yazın

Back to top button