İran

Sari zindanında daha bir məhkum edam edilib

İranın Mazəndəran əyalətinin mərkəzi Sari şəhərində qətldəə ittiham olunan məhkum edam edilib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Mehdi Kərimi adlı şəxs qətldə ittiham olunduğu üçün edama məhkum edilmiş və Sari şəhərinin zindanına köçürülmüşdür.

İran mediası və məhkəmə sistemi rəsmiləri Mehdi Kəriminin edamı barədə məlumat verməyiblər.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna “gizli edam” adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button