Azərbaycanİran

Əhərdə milli fəalın məhkəməsi baş tutub

Azərbaycan milli hərəkatının tanınmış fəalı Saleh Molla Abbasinin məhkəməsi olub.

İyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib.

Fəala qarşı “yalan məlumatlar yaymaq” ittihamı ilə bağlı məhkəmənin son qərarının yaxın günlərdə açıqlanacağı bildirilir.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilib.

Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button