Dünya

Tramp 4 il müddətinə həbs oluna bilər

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 4 il müddətinə həbs oluna bilər.

“Aznewstv” xəbər verir ki, bu barədə Trampın məhkəmə prosesini izləyən xarici KİV-lər məlumat yayıb.

Məlumatda bildirilir ki, Trampın 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu porno aktrisa Stormi Danielsə “susmaq haqqı” ödəməkdə və rəsmi qeydləri saxtalaşıdıqmaqda ittiham olunduğu məhkəmə prosesi başlayıb.

Məhkəmə prosesində Stromi Daniels, Trampın keçmiş köməkçisi və digər şəxslər dindiriliblər. Məhkəmə prokuroru Coşua Steinqlas Trampın cərimələnməsini istəyib.

İddiaya görə, Tramp təqsirli bilinərsə, şərti cəzaya və ya 4 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Qeyd edək ki, Tramp ABŞ tarixində cinayət işi üzrə mühakimə olunan ilk keçmiş ABŞ prezidentidir.(AzPolitika)

Related Articles

Bir cavab yazın

Back to top button