Dünyaİran

Prinston Universitetində federal təhqiqat aparılmasına çağırılıb

ABŞ-ın Prinston Universitetində İran hakimiyyətinin nüfuz etməsi barədə bir müddət əvvəl olunmuş ifşaların davamında univeristetdən Hüseyn Musəvianla əməkdaşlığa son qoyulması istənilib.

Nüvə Silahlı İrana Qarşı Birlik Təşkilatı İran hakimiyyətinin keçmiş rəsmiləridndən olan Musəvianı İranın agenti adlandırmaqla onun barsində federal təhqiqatın aparılmasına çağırıb.

Seyid Hüseyn Musəvian İranın keçmiş iqtidarlarında Almaniyada səfir və İranın Milli Təhlükəsizlik Ali Şurası katibinin müavini və digər yüksək vəzifələrdə fəaliyyət göstərib.

Amerikanın Semafor xəbər portalı mayın 9-u  İran rəsmisinin univeristetdə fəaliyyətləri abrədə hesabat nərş edib.

Hesabata istinadən Nyu-cersi Ştatında yerləşən Prinston Universiteti İranın ölkədə nüfuz etməsinə yol açır və yardımçı olur. Həmçinin Musəvianın həmin universitetdə fəaliyyətinin şübhəli olduğu qeyd olunub.

Nüvə Silahlı İrana Qarşı Birlik Təşkilatının direktoru Mark De Valas bu barədə mayın 9-u bəyanatla çıxış edib:

“ABŞ universitetləri əcnəbi ölkələrin göstərişlərinin icrası yeri yox, elmi təhsil mərkəzləri olmalıdır. ABŞ dövləti İranın ölkədə nüfuzunun qarşısını almaqda geridə qalıb.

Prinston Universiteti İranın maraqlarını tərvic edən bir platformya çevrilib. Bu barədə Konqresin rəsmən təhqiqat aparması vacibdir”.

Related Articles

Bir cavab yazın

Back to top button