Azərbaycan

Urmu Şəhər Şurasının sözçüsü: “Urmunun metropol elan edilməməsi sərmayə cəlbinin qarşısını alır”

Tumac Vəhid Əfşar urmu şəhərinə milli sərmayələrin cəlb olunmamasından danışıb.

Qərbi Azərbaycan əyalətinin Mərkəzu Urmunun Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşar rəsmi dövlət statistikalarında Urmunun cəmiyyətinin sayının olduğundan az göstərildiyini deyib.

O, bunun şəhərin metropol elan edilməməsinə və milli sərmayələrin cəlb olunması, büdcə ayrılmasında məhdudiyyətlərə səbəb olduğunu söyləyib.

Şəhər Şurasının sözçüsü, başqa böyük şəhərlərin bələdiyyələrinə on milyardlarla vəsait ayrıldığı halda Urmu bələdiyyəsinə yalnız 5 milyard tümən büdcə ayrılmasının başa düşülən nolmadığını qeyd edib.

“Adambaşına düşən istehlak və istehsaldan çıxarılan statistik məlumatlara görə, şəhər əhalisi 930 min nəfərdir. Ancaq rəsmi dövlət statistikasında bu 810 min nəfər göstərilib. Bu isə Urmunun metropoliya sayılmamasına və metropoliyalar üçün nəzərdə tutulan vəsaitlərdən məhrum olmasına səbəb olub”-deyə, Tumac Vəhid Əfşar bildirib.

O, Urmu şəhərinin İran parlamentindəki nümayəndələrinin fəaliyyətlərini tənqid edib və Urmu kimi böyük şəhər üçün yalnız  5 milyard tümən vəsait ayrılmasının qəbul edilməz olduğunu vurğulayıb.

“Urmu şəhər bələdiyyəsi üçün 5 milyard tümən vəsait ayrılmasının səbəbi nə olursa olsun qəbul edilməməli, o cüzi vəsait geri qaytarılmalı və bununlada məsullara xəbərdarlıq edilməlidir”-deyə, Əfşar qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button