Azərbaycanİran

Iran rejimi həbs etdiyi azərbaycanlı milli fəal Mürtəza Pərvini Ərdəbildə zindana köçürdü

irqçi fars-molla rejimi yaxaladığı azərbaycanlı milli fəal Mürtəza Pərvini dindirilmə mərhələsi bitdikdən sonra Ərdəbildə zindana köçürüb.

Iran rejimi azərbaycanlı fəalı şərləyərək, “Sistemə qarşı təbliğat, ictimai asayişi pozxma və ictimai rəyi təhrik etmək”də ittiham edib.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları noyabrın 3-ü səhər saatlarında Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Mürtəza Pərvini bacısının evindən çıxarkən yaxalamışdılar.

ETTELAAT İdarəsinin məmurları bundan öncə oktyabrın 27-də heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına görə, ona məxsus şəxsi əşyaları, o cümlədən kompüter və kitablarını müsadirə edərək özləri ilə aparmışdılar.

Azərbaycanlı fəal 44 günlük İkinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında daha 12 nəfər azərbaycanlı fəalla birlikdə yaxalanmışdılar.

Related Articles

Bir cavab yazın

Back to top button