Dünyaİran

İranın kəşfiyyat gəmisi Husilərin həmlələrinə köməklik edir

Val Strit Jurnal qəzeti məlumatlı qaynaqlara istinadən İran öz kəşfiyyat gəmisi ilə Husilərin Qırmızı Dənizdə həmlələrinə bir başa köməklik edir.

Qəzet həmçinin bildirib ki, beynəlxalq naviqasiyanın təhlükəyə düşdüyünə görə İsrail və ABŞ-a beynəlxalq təzyiqlər Husilərə qarşı hərəkətə keçmək üçün artıb.

Qərb və bölgədə təhlükəsizlik rəsmiləri qəzetə bildiriblər ki, İranın kəşfiyyat gəmisi topladığı informasiyaları Yəmənin Husilərinə ötürür.

Bu silahlı birləşəmə də onlardan Qırmızı Dəniz və Babül-Məndəb boğazından keçən ticarət gəmilərinə PUA və raket həmələləri məqsədi ilə istifadə edir.

Qəzetin məlumatına istinadən boğazdan ötən gəmilər izlənilməmək üçün radio-aparatlarını söndürürlər. Lakin İranın Qirmizi Dənizdə yerləşən kəşfiyyat gəmisi ticarət gəmilərini vurmaq üçün Husilərə imkan yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button