
İraq ordusunun bununla bağlı yaydığı bəyanatında bildirilir ki, raketlərdən ikisi Amerika səfirliyinin hava hücumundan müdafiə sistemi tərəfindən göydə vursa da, üçüncü raket paytaxt Bağdadda hökumət binaları və xarici səfirliklərin yerləşdiyi “Yaşıl zona” da Amerika səfirliyinə yaxın olan ibtidai məktəblərdən birinə düşüb.
Bildirilir ki, raketin məktəbə düşməsi nəticəsində bir qadın və iki uşaq yaralanıb.
Hadisədən az sonra İraq prezidenti Bərhəm Saleh İrana bağlı radikal şiə qruplaşmalarının ölkəsindəki xarici diplomatik korpuslarına qarşı raket hücumunu “Cinayətkarcasına terror aktı” adlandıraraq, terrorçuların bu kimi hücumlarla İraqın milli mənafeyinə və onun beynəlxalq imicinə zərbə vurmağa çalışdığını bildirib.