İran

İranın Çin və Rusiya ilə bağladığı müqavilələrin mətnindən millət vəkillərinin niyə xəbəri yoxdur?

İran hökuməti bu yaxınlarda Rusiya ilə 20 illik, Çinlə isə 25 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

İran hökuməti bu yaxınlarda Rusiya ilə 20 illik, Çinlə isə 25 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

“Aznews tv” xəbər verir ki, bu razılaşmaların mətninin İran xalqına açıqlanmaması ilə yanaşı, hətta ölkənin Məclis üzvləri də sənədin detallarından xəbərsiz olduqlarını söyləyirlər.

Belə ki, millət vəkili Naser Qəvvami bu haqda deyib: Ruhanilərin müstəmləkəçi müqavilələrə boyun əyməsi tarixdə qalacaq.

Müqavilələrin mətninin ən azı millət vəkillərinə açıqlanmasını tələb edən parlamentin digər üzvü Məhəmmədrza Səbbağian üzünü məclis sədrinə tutaraq deyib: Cənab Qalibaf, İran Çinlə müqavilə bağladı. İndi də Rusiya ilə müqavilə bağlayıb. Bizim heç nədən xəbərimiz yoxdur. İndi xalq hansısa millət vəkilindən soruşsa, müqavilənin nə olduğu barədə bizim verəcək heç bir cavabımız yoxdur. Ana Qanuna görə, müqavilə parlamentə gəlməli və təsdiq edilməli idi. Bu haqda heç olmasa siz bizə bir məlumat verin!

Related Articles

Bir cavab yazın

Back to top button