Azərbaycanİran

Milli fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb

Təbrizdə yaşayan mili-mədəni fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb. Ona İran məhkəməsinin elektron sistemi vasitəsilə çağırış göndərilib.

Çağırışda milli fəaldan ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün mayın 10-da Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməsi tələb edilir.

Bundan öncə həbs edilən və martın 2-də 400 mlyon tümən girov qarşısında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılan Əhmədpura qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib.

O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib və fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button