Azərbaycanİran

Şərqi Azərbaycanda iş qəzasında ölənlərin sayı artıb

Son 5 ay ərzində Şərqi Azərbaycan əyalətində 46 nəfər iş qəzalarında həyatını itirib və bu ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı Mehrdad Sitarə açıqlama verib.

Məlumatda 19 nəfərin hündürlükdən yıxılma, 12 nəfərin bərk cismin dəyməsi, 9 nəfərin elektrik cərəyanı vurması, 2 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 2 nəfərin boğulma, 2 nəfərin yanıq xəsarətləri nəticəsində öldüyü bildirilib.

Mehrdad Setarənin dediyinə görə, eyni müddətdə 639 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button